Ağdamda VAZ-la toqquşan mikroavtobus yandı

  • Space TV
  • 3 Noyabr 2020 10:19

Ağdam rayonunun Eyvazlı kəndində VAZ markalı minik avtomobili və “QAZel” markalı mikroavtobus toqquşub. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə “QAZel” markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun