Ağdamda uşaq bağçası istifadəyə verilib

  • Space TV
  • 23 Dekabr 2019 13:44

Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur.

Ötən əsrin 60-cı illərində Əhmədağalı kəndində inşa edilmiş 55 yerlik uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Bağçada əsaslı təmir işlərinə bu ilin oktyabr ayında başlanılıb.

Kənd sakinləri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın təmirində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Şaxta baba və Qar qız uşaqları əyləndirib, onlara hədiyyələr verib. Sonra iştirakçılar uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. Əsaslı təmir olunan uşaq bağçasında bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Binada yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun