Ağdamda partlayış olub, yaralanan var

  • SpaceTV
  • 11 Dekabr 2019 11:01

Fövqəladə Hallar Nazirliyi Ağdamda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

SPACE TV-in FHN-nin saytına istinadən xəbərinə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m²olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Saat 08:21

Ağdamda qaz sızması nəticəsində yaşayış evində partlayış olub.

Partlayış rayonun Quzanlı qəsəbə sakini Nuriyev Alim Aləm oğluna məxsus evdə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış sonradan yanğınla müşahidə olunub. Nəticədə A.Nuriyevin həyat yoldaşı, 1992-ci il təvəllüdlü rayon sakini Röyalə Nuriyeva yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun