İlan sürüsü, Ağdam rayon Əhmədavar kəndindən məcburi köçkün düşən Zahir Zeynalovun evinə hücum edib. Torpaq kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olur. Aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb.
Ev sahibi yaranmış vəziyyətlə bağlı yerli icra nümayəndəsinə məlumat verdiyini deyir.
dünən axşam birini öldürüb yoldaşım. Gecəni yatmamışıq, gecə bir ilanı öldürdük, indidə allah köməkləri olsun qonşular da kömək etdi birini öldürdük. Dünən axşamdan üç dənə ilan öldürmüşük. İcra nümayəndəliyinə müraciət eləmişik. Üç gün bundan əvvəl həyətdə görmüşdüm. Gəlib dərmanladılar lakin, dərmanın xeyri olmadı . Səhər, yerli icra nümayəndəsi Eldəniz müəllimə zəng edərək mənim evimə ilan dolduğunu demişəm. Lakin hələ də gəlməyib. Bu gün zəng vurmuşam mənə deyir ki, mənim ilana qarşı allergiyam var. Bəs onda mən qadınam, uşaqlarım var, mən necə yaşayım bu evdə
Ev sahibi hələ də evdə ilan olduğunu deyir. Bu səbəbdən də cavabdeh qurumların ona kömək etməsini istəyir.
Emin Babayev SPACE TV