Ağdamda gənc kişi güllələndi

  • SpaceTV
  • 5 Dekabr 2019 11:41

Ağdam rayonunda iki kəndli arasında qanlı mübahisə düşüb. 

SPACE TV -in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. Yaralı O.Məmmədov Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadisənin borc üstündə baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun