Ağdamda ev yanıb

  • SpaceTV
  • 10 Dekabr 2019 16:16

Ağdamda fərdi yaşayış evi yanıb.

Bir ailənin 4 üzvündən kimisi xəsarət alıb, kimisi tüstüdən zəhərlənib. Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Gecə saat bir radələrində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Arzu Məmmədova, 40 yaşlı Səkinə Məmmədova, 44 yaş Aygün Məmmədova 2002-ci il təvəlludlü Rauf Məmmədov ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Tüstüdən zəhərlənən 4 nəfərdən birinin  Aygün Məmmədovanın vəziyyəti ağırlaşıb. Aygün Məmmədova zəhərləndikdən sonra beyin hüceyrələri pozulub və beyninə qansızma baş verib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun