Ağdamda avtomobil arxa düşüb – Yaralılar var

  • SpaceTV
  • 22 Noyabr 2019 14:07

Ağdamda yol-nəqliyyat hadisəsi zamanı iki bacı xəsarət alıb.

SPACE TV-in xəbərinə görə, hərəkətdə olan “VAZ 2107” markalı 10 LP 594 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən yol kənarındakı arxa düşüb. Nəticədə avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü Abdullazadə Səbinə Nuşirəvan qızı və 1970-ci il təvəllüdlü Sadıqova Aygün Nuşirəvan qızı müxtəlif bədən xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun