Ağdamda 2 ailə mənzillə təmin olundu

  • Space TV
  • 23 Dekabr 2019 13:40

Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib.

Bu il Ağdam rayonunda Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinə 20 mənzilin verilməsi nəzərdə tutulub. Artıq həmin evlərdən 4-ü şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Tezliklə 16 fərdi ev də sahiblərinə təqdim olunacaq. Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid atası Rəşid Əliyev və Qarabağ müharibəsi əlili Akif Hacıyev onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun