Ağdamda 14 yaşlı yeniyetmə əkin sahəsindən tarixi əşyalar tapıb.

  • Space TV
  • 18 İyun 2020 15:31

Rayonun Ergi qəsəbəsində tapılan bu tapıntı Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün yeni bir səhifə aça bilər. Kənd sakini 14 yaşlı yeniyetmə bu tarixi tapıntıları təsərrüfat sahəsində əkin işləri apararkən aşkarlayıb.
İlqar İsmayılovun dediyinə görə, yaşadıqları ərazidə həmkəndliləri tərəfindən əkin işləri zamanıda qədim əşyalar, əsasən də küp qırıqları aşakarlayıb. Lakin, onların hansı dövrə aid olması barədə heç bir məlumati yoxdur.
8 sinifdə təhsil alan İlqar İsmayılov əraziyə arxeoloqların gəlməsini istəyir. Onun sözlərinə görə, həmin ərazidə arxeoloji qazıntı işləri aparılsa bu yaşayış məntəqəsinin tarixi barədə ətraflı məlumat öyrənmək olar.
Qeyd edək ki, İlqar İsmayılov tapdığı qədim əşyaları rayon tarix diyarşünaslıq muzeyinə təhvil vermək istəyir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun