Ağdərə istiqamətində düşmənin xeyli sayda şəxsi heyət məhv edilib, UAZ-ı sıradan çıxarılıb

  • Space TV
  • 4 Noyabr 2020 14:09

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Spacetv.az-ın Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

Paylaş

 Xəbəriniz olsun