Ağcabədidə yanğın olub

  • Space TV
  • 5 Fevral 2021 11:25

Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 133 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun