Ağcabədidə şəhid ailələrinə ev verilib

  • Space TV
  • 30 Dekabr 2019 16:40

Respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlar üçün indiyədək rayonda 16, 24 və 36 mənzilli yaşayış binaları, həmçinin 35 fərdi ev istifadəyə verilib. 2019-cu ildə isə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 fərdi ev inşa edilib.

Yeni fərdi yaşayış evi ilə təmin olunan müharibə əlilləri və şəhid ailələrinin üzvləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, bayram ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, rayonun Yuxarı Qiyaməddinli, Aran, Şahsevən Təzəkənd, Kürdlər, Hacıbədəlli kəndlərind yaşayan 7 qarabağ əlilləri və şəhid ailəsi mənzillə təmin olunub.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun