Ağcabədidə oğurluq edən şəxs saxlanılıb.

  • SpaceTV
  • 28 İyul 2020 16:53

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

İyul ayının 11-də  Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam  etdirilir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun