Ağcabədidə məskunlaşan laçınlı ailənin fermer təsərrüfatında yanğın olub.

  • Space TV
  • 31 Yanvar 2020 14:59

Ağcabədi rayonunun Şənlik kəndi ərazisində məskunlaşan Sadıqovlar ailəsinin təsərrüfatında çıxan yanğın nəticəsində  22 baş iribuynuzlu heyvan, 2 baş at yanaraq tələf olub.

Titr:  Təbriz Sadıqov zərərçəkən

Sinxron: Gecə saat 1 radələrində qardaşım yuxudan oyanıb görüb pəncərəyə işıq düşür. Çıxdıq gördük yanır. Alov o qədər güclü idi ki, qarşısını ala bilmədik. Qonşular sağ olsun, FHN-nin əməkdaşları sağ olsun qoymadılar alov digər tikililərə keçsin.

Hadisə yerinə FHN-nin  Ağcabədi və Laçın rayon, yanğınsöndürən bölmələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Təsərrüfat sahibləri deyir ki, yanğısöndürənlər gəlməsə ərazidə ki, qamışdan olan bütün tikililər yanardı.

Faktla bağlı araşdırma başlanıb.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun