Ağcabədidə 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb

  • Space TV
  • 25 Avqust 2020 00:15

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Spacetv.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb. 

E. Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun