Ağcabədi sakinindən silah-sursat və narkotik götürülüb.

  • SpaceTV
  • 28 İyul 2020 16:49

Daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Şirinov saxlanılıb. Hüseyn Şirinovun yaşadığı ünvana baxış keçirilən zaman oradan müxtəlif adda odlu və soyuq silahlar, müxtəlif növ patronlar – xüsusi ilə istifadəyə yararlı 112 ədəd müxtəlif kalibrli avtomat patronları, eləcə də 300 qram qurdulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun