Ağacın üzərinə düşməsindən ehtiyyat edərək yola qaçan şəxsi avtomobil vurub.

  • SpaceTV
  • 8 İyul 2020 15:07

Hadisənin Təfarrüatlarını Emin Vaqifoğlu danışacaq.

Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Hadisə şahidləri bildirib ki,çinar ağacından kopan budağ elektrik naqillərində qısaqapanma yaradıb.Ərazidə olan 64 yaşlı Şakir Ağarzayev ağacın üzərinə düşməsindən ehtiyyat edərək yola doğru qaçıb.Yola çıxan şəxsi isə Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurub.Nəticədə Şakir Ağarzayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu  space tv

Paylaş

 Xəbəriniz olsun