Ağacəkmə kampaniyası

  • SpaceTV
  • 7 Dekabr 2019 16:55

Kütləvi ağacəkmə aksiyası rayonun Ləngan kəndində keçirilib. Havanın yağışlı olmasına baxmayaraq Masallı sakinləri və rəsmiləri aksiyaya yüksək əhval-ruhiyyə ilə qoşulub. Ağacəkmə kampaniyasında Dövlət Meşə Fondunun 5 hektar ərazisində 5 min müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, göyrüş, ağcaqayın və başqa ağaclar əkilib.

Bayram əhval-ruhiyyəli humanitar aksiya Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Halay” folklor rəqs qrupunun maraqlı konsert proqramı ilə davam edib. Qeyd edək ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə edib. Bu humanitar kampaniya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə keçirilib.

RÖVŞƏN ALMAZOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun