“AĞ QIZIL”ın yığımı başlayıb

  • SpaceTV
  • 10 Oktyabr 2019 14:54

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı davam edir və indiyədək tarlalardan  14 min 184 ton “ağ qızıl” toplanıb.

Bu gün Ağcabədidə bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Ağcabədili “ağ qızıl” ustaları 2019-cu təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər. 51 hektara müqavilə bağlamışam. Yığım davam edir. 60 sentnmer pambıq gözləyirəm. Keçən il 48 sentner pabmıq yığılıb.

Ötən il Ağcabədili “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda olub. Mütəxəsislər bu il əkilən pambıq sörtunun da məhsuldarlığının artıq olacağını planlaşdırır.

Qeyd edək ki, Azerbaycan senaye korporasiyasinin törəmə müəsisəsi olan aqrar sənaye kompleksi MMC 2019-cu təsərrüfat ilində 15 rayonda 29001 hektar sahədə pambıq əkmişdir. Ötən ilin bü gün ilə müqayisədə 13 min ton artıq pambıq istehsal edilib. Hədəf bu il 70 min tondan artıq xam pambıq istehsal etməkdir. Məqsəd əkin sahələrini artırmadan daha müasir texnika və texnologiyalardan istifadə etməklə yüksək məhsuldarlıq əldə etməyə nail olmaqdır. Azərpambıq Aqrar Sənaye kopmleksi MMC-nin Ağcabədi pambıq istehsalı və emal zavodu 4000 hektar sahədə pambıq əkib ki, bu günkü günə kimi 4600 ton xam pambıq tədarük edib. Sahələrdə məhsul boldur təxminən 12 min ton məhsul gözlənilir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun