Ağ Evin Cənub Qaz Dəhlizindən gözləntisi açıqlandı – RƏSMİ

  • Space TV
  • 15 Fevral 2021 12:02

“Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard dollardan az büdcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq”.

Spacetv.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.

Səfirlik qeyd edib ki, ABŞ hazırda Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyir.

Qeyd edək ki, fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Paylaş

 Xəbəriniz olsun