Ağ ev: ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək

  • Space TV
  • 21 Yanvar 2021 16:15

“ABŞ İranın nüvə proqramına aid olan məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir”.

Spacetv.az xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Baydenin İrana münasibətinə dair suala cavabında bildirib.

O, prezidentin və dövlət katibinin vəzifəsinin icrasına başlamazdan əvvəl etdikləri çıxışlara istinad edərək deyib: “Prezident diplomatiyaya inandığını aydın şəkildə bəyan etdi. ABŞ İranın nüvə proqramı və narahatlıq yaradan başqa sahələrə məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir. İran bütün öhdəlikləri yerinə yetirəndən sonra dialoq mümkün olacaq”.

Paylaş

 Xəbəriniz olsun