Ağ Evə giriş bağlandı

  • SpaceTV
  • 30 May 2020 14:53

ABŞ-da kütləvi etirazlar səbəbindən Ağ Evə giriş bağlanıb.

“NBC News” xəbər verir ki, Corc Floydun Minneapolisdəki ölümü ilə əlaqədar kütləvi etirazlar Vaşinqtonda vəziyyəti gərginləşdirib.

Lafayette meydanına çox sayda etirazçı toplaşdığı üçün Ağ Evin ətrafında maneələr quraşdırılıb.

Brifinqdə iştirak etmək üçün Ağ Evə gələn jurnalistlərin binanı tərk etmələri də qadağan edilib.

Aksiya iştirakçıları Kapitoli binasına tərəf getdikdən sonra maneə aradan qalxıb.

Məlumata görə, iki nəfər polisə və gizli xidmət əməkdaşlarına su şüşələri atdıqları üçün tutulub.

Qeyd edək ki afroamerikalı Corc Floyd sənədlərin saxtalaşdırılması şübhəsi ilə tutulub. Saxlanılma zamanı polislərdən biri dizi ilə onun boynunu sıxıb və nəticədə, Floyd xəstəxanada həyatını itirib.

Onun saxlanılmasında iştirak edən dörd polis əməkdaşı işdən çıxarılıb. Floydun boğazını zədələyən polis isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.

Minnesota ştatının əksər şəhərlərində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Prezident Donald Trampın göstərişi ilə iğtişaşları aradan qaldırmaq üçün ştata Milli Qvardiya qoşunları göndərilib.

Paylaş

 Xəbəriniz olsun