Afinadan Türkiyəyə kritik zəng: Yardıma hazırıq!

  • SpaceTV
  • 25 Yanvar 2020 13:04

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaradaraq, zəlzələdən dolayı yardıma hazır olduqlarını bəyan edib.

SPACE TV xəbər verir ki, yunan nazir təbii fəlakətdə ölənlərin ailələrinə başsağlığı verib, yaralılara isə təcili şəfalar diləyib.

Son məlumatlara görə, Elazığ bölgəsində baş verən 3 şiddətli zəlzələ nəticəsində 6 nəfər ölüb, 225 nəfər yaralanıb.

Paylaş

 Xəbəriniz olsun