AFFA yeni şüarını açıqladı – FOTO

  • Space TV
  • 2 Sentyabr 2020 15:09

AFFA milllinin yeni mövsüm üçün şüarını açıqlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə qurumun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

“Azərbaycan milli komandası UEFA Millətlər Liqasında yeni mövsümə yeni baş məşqçinin – Canni De Byazinin rəhbərliyi ilə start verəcək. COVID-19 pandemiyası ilə əlaqədar stadionlarda da yeni qaydalar tətbiq olunacaq, oyunlar azarkeşsiz keçiriləcək.

Azarkeşlərin fiziki olaraq tribunalarda ola bilməyəcəyini nəzərə alaraq, AFFA onların mənəvi dəstəyini hiss etdirmək üçün millimizin yeni mövsümündə köhnə-yeni şüardan istifadə edəcək: “Biz birlikdə güclüyük!” – məlumatda deyilir.

Qeyd edək ki, millimiz sentyabrın 5-də Lüksemburla Bakıda, bundan üç gün sonra Kiprlə səfərdə oynayacaq.

Paylaş

 Xəbəriniz olsun