AFFA uşaq liqaları ilə bağlı məlumat yaydı

  • Space TV
  • 28 Avqust 2020 17:11

Orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.

Spacetv.az xəbər verir ki, U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.
Qeyd: Liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq.
Qeyd-2: Əvvəlki illərdə qeyd olunan liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən etibarən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət edə bilər.

Paylaş

 Xəbəriniz olsun