AFFA: “Qarabağ” UEFA-ya vəziyyəti ilə bağlı müraciət ünvanlayıb

  • Space TV
  • 9 Dekabr 2020 13:45

UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində dekabrın 10-da keçirilməli olan “Vilyareal” – “Qarabağ” oyunu ilə bağlı “Qarabağ” klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Spacetv.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat verib.

Müraciətdə qeyd olunub ki, “Qarabağ”ın üzvlərinin koronavirus testi pozitiv nəticələnib və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) “Vilyareal”la oyunda iştirak edə bilməyəcək və göstərilən səbəbdən dekabrın 10-da “Vilyareal” – “Qarabağ” oyunu baş tutmayacaq.

Məsələ ilə bağlı yekun qərar UEFA tərəfindən veriləcək.

Qeyd edək ki, turnir cədvəli baxımından komandaların mövqeyi (İspaniya klubunun qrup birincisi, Azərbaycan komandasının qrup sonuncusu olacağı dəqiqdir – S.M.) dəyişməyəcəyindən və oyun qrafikinin sıxlığı səbəbindən matçın başqa vaxt keçiriləcəyi gözlənilmir. Ona görə də “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun