AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı

  • Space TV
  • 1 Mart 2021 16:26

AFFA İntizam Komitəsinin bu gün keçirdiyi iclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunları ilə əlaqədar qərarlar qəbul olunub.

Premyer Liqada yarışan səkkiz klubdan dördü – “Qəbələ”, “Sabah”, “Keşlə” və “Neftçi”yə dörd və daha çox oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə kəsilib.

Qeyd edək ki, “Sumqayıt”la ev matçında “Qəbələ”nin – altı, “Zirə” ilə səfər oyununda “Neftçi”nin – dörd, “Sabah” – “Keşlə” matçında isə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalanıb.

Paylaş

 Xəbəriniz olsun