AFFA-nın milliləşdirmək istədiyi paraqvaylı futbolçu klubu ilə müqaviləsini pozdu

  • Space TV
  • 11 Sentyabr 2020 11:01

AFFA-nın milliləşdirməyə çalışdığı paraqvaylı futbolçu Sesar Mesa Kolyi Rumıniyanın “Universitatya” klubundan ayrılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Rumıniyanın məşhur idman saytı olan “Prosport” məlumat yayıb.

Məlumatda müqaviləsinin bitməsinə bir il qalmış italyan əsilli paraqvaylı sağ cinah hücumçusunun klubdan ayrıldığı bildirilib. 28 yaşlı futbolçunun yenidən Azərbaycana, xüsusən də dörd dəfə ayrı-ayrı vaxtlarda çıxış etdiyi “Keşlə”yə qayıdacağı gözlənilir. Həmçinin o, ötən mövsüm icarə əsasında “Keşlə”də çıxış edib.

Qeyd edək ki, onun “İnter” (indiki “Keşlə”), “Qəbələ” və “Neftçi”də oynamış böyük qardaşı David Mesa Kolyi bu ildən Rumıniyanın “Arceş” klubunda çıxış edir. Piteşti klubu isə ötən mövsümün yekununa əsasən elitaya vəsiqə qazanıb.

Paylaş

 Xəbəriniz olsun