AFFA-nın Hakimlər Komitəsinin sədri Türkiyə millisinin oyununa təyin olundu

  • Space TV
  • 27 Avqust 2020 13:47

AFFA-nın Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

Spacetv.az qurumun saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 3-də Sivas şəhərində keçiriləcək Türkiyə – Macarıstan oyununun hakim-inspektoru Frits Ştuxlik olacaq.

Qeyd edək ki, bu matç B liqasının 3-cü qrupunun oyunudur.

Paylaş

 Xəbəriniz olsun