Aeroport yolunda qəza baş verdi

  • SpaceTV
  • 14 Oktyabr 2019 11:02

Bakıda yük maşını işıq dirəyinə çırpılıb.

SPACE TV xəbər verir ki, hadisə aeroport yolunda baş verib. Məmmədov Kamal Mirzə oğlunun idarə etdiyi “Shacman” markalı, çınqılla dolu yük maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Sürücü açıqlamasında bildirib ki, hərəkət zamanı mühərrik qəfil söndüyü üçün avtomobili idarə edə bilməyib. Zərbənin təsirindən işıq dirəyi aşıb, yük maşınına ciddi zərər dəyib. Ətrafa yanacaq dağıldığı üçün dərhal əraziya yanğından mühafizə bölməsinin yanğınsödürmə briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Paylaş

 Xəbəriniz olsun