Aeroport yolunda BMW yük maşınına çırpıldı

  • Space TV
  • 4 Dekabr 2019 11:17

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SPACE TV xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisində baş verib.

Qəza zamanı  90-DA-130 dövlət nömrə nişanlı, BMW markalı avtomobil yük maşınına arxadan çırpılıb.

Məlumatlara görə, qəza zamanı yük avtomobili yol kənarında dayanmış vəziyyətdə olub.

Hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. Qəza zamanı BMW yararsız vəziyyətə düşüb.

Paylaş

 Xəbəriniz olsun