Adrenalin sevənlər üçün əsl fürsət – FOTO

  • SpaceTV
  • 15 Avqust 2019 15:34

Paytaxt sakinlərinin əksəriyyəti  yay aylarında Azərbaycanın dilbər guşələrində dincəlməyə üstünlük verirlər.Yay tətilini Azərbaycanda keçirən turistlər bunu müxtəlif səbəblərlə izah edir. Əsas səbəb kimi Azərbaycanın gözəl, görməli yerlərini və təbiətinin gözəlliyini göstərirlər.Şəkidə turistlərin istirahətini daha yaddaqalan etmək üçün yeni layihələr həyata keçirilir.İndi izləyəcəyiniz sujet əsl adrenalin sevənlər üçündür.

Azərbaycanda ilk dəfə Ziplayn ektrimal idman növünün tətbiqinə başlanıldı…

Ayrı-ayrı ölkələrdə quraşdırılan belə qurğuların adları da fərqlənir. Məsələn Allp dağlarında buna “tirül keçidi”deyirlər. Digər yerlərdə “uçan tülkü”. Biz isə Azərbaycan bayrağı altında ümümi beynalxaq terminlə -Zip layn adlandırırıq.Şimal -qərb bölgəsində-Şəkidə  yeni yaradılan bu ekstrimal əyləncə növü bütün dünyada sürətlə dəbə minir. Artıq yerli və əcnəbi turistlər Şəkidə ziplaynda özlərini sınadılar.

Zip layn qurğuları ,tros və bloklardan ibarətdir. Əsas idarə qüvvəsi yerin cazibə qüvvəsidir. Bu üsul insanlara qədimdən məlumdur. Ən çox keçilməz dərələrdə bu üslubdan istifadə olunub.

Bu gün ziplayndən 10 yaşdan yuxarı yaş qrupu müəyyən olunub. Lakin daha esktrimal əyləncə sevənlər də nəzərə alınıb. Turistlərin tələblərini öyrənərək daha uzun məsafələrə ,daha yüksəkliklərə tros xətlərin quraşdırılması nəzərdə tutulub. Şəkidə ziplayn xüsusi məkanda – vahiməli Kiş çayının sol qolunun üzərindən quraşdırılıb.Bu adrenalini yaşamaq üçün biz də çəkiliş qrupumuzla birgə yeni qurğunu test etdik.

Xatırladaq ki,dünyada ən uzun ziplayn Birləşmiş ərəb əmirliyindədir və uzunluğu 2 km 800 metrdir.

İlkin Piranov Space-Şəki

Paylaş

 Xəbəriniz olsun