“Adidas” koronavirusa görə mağazalarını bağlayır

  • Space TV
  • 5 Fevral 2020 17:25

Almaniyanın “Adidas” şirkəti koronavirus epidemiyası ilə əlaqədar olaraq Çində yerləşən mağazalarının əksəriyyətini bağlayacağını elan edib.

“Reuters” agentliyi xəbər verir ki, bağlanacaq idman geyimi mağazalarının dəqiq sayı barədə məlumat verilmir.

Şirkət nümayəndəsi Çindəki mövcud vəziyyətin ticarətə mənfi təsir etdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun