Adi daş parçalarını sənətə çevirən gənc

  • SpaceTV
  • 28 Noyabr 2019 13:57

İncəsənətin mozaika və dağlama növü ilə məşğul olan Zaqatalalı bu gənc heç bir ali təhsil almayıb.Sənətə marağını irsi sayan həmsöhbətimiz uşaqlıqdan düzəltdiyi müxtəlif əşyalarla diqqət çəkdiyini bildirir.Lazımsız maşın şinləri, mişar və qaya daşlarına ikinci həyat verən Həbibullah bu sənətin sirrlərinə kimsənin köməyi olmadan özü öz marağı nəticəsində yiyələnib.

Düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyən gənc bu bacarığına qazanc yox,sırf hobbi kimi baxır. İlk baxışdan sadə görünən bu əl işlərə, diqqətlə baxdıqda, bu işin nə qədər dəqiqlik və səbr tələb etdiyini görmək olur. Əl əməyi göz nuru ilə ərsəyə gətirdiyi bu əl işlərini satmaq fikri olmasa da bir neçə əl işini hədiyyə kimi qohumlarına verib. 

Olduqca yaradıcı və maraqlı gənc olan həmsöhbətimizin digər fərqli hobbisi isə idmanın qaçış növüdür.Marafon qaçışına maraq göstərən qəhrəmanımız Respublika və Gürcüstanda ilk 10 yerlərin sahibi də olub.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun