“AÇIQ QAPI” günü keçirilib

  • SpaceTV
  • 17 Oktyabr 2019 19:57

Gəncə FHN –nin  Gəncə Regionla Mərkəzidə  Asan xidmət  könüllülərinin iştirakı ilə “Açıq qapı” günü təçkil olunub. “Açıq qapı” günüdə FHN əməkdaşları və Asan könülülər iştirak edib. İştirakçılar Əvvəlcə  Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.

Görüşdəki çıxışlarda bu cür tədbirlərin gənclərin  hazırlıq səviyyəsinin yüksəldilməsi, Onlara  şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik ruhunun aşılanması və onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədi ilə keçirildiyi bildirilib. Mərkəzin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin güşəsinə baxış keçirilib, onun həyat və fəaliyyəti haqqında könüllülərə  məlumat verilib. Mərkəzin akt zalında FHN-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, təbii və texnogen mənşəli hadisələr onlardan qorunma qaydaları xilas edicilər tərəfindən izah edilib.Daha sonra ASAN könüllülərinə  Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin istifadə etdiyi kazarmaya baxış keçiriblər, orada keçirilən dərslərlə tanış olublar.Könüllülərə xilasetmə hissəsinin şəxsi heyəti onlara  qəza zamanı necə xilas etmə , avdanlıqlarla necə işləmək, xilas etmə avadanlıqlarını işətmək və qəza zamanı necə tibbi yardım göstərildiklər haqqda məlumat veriblər.

Əyani məşq zamanı isə xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə “Həyəcan” siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılıb, qəza-xilasetmə avtomobilinə, alət və avadanlıqlara, yanğınsöndürmə texnikalarına baxış keçirilib, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib. Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun