Açıq qapı günü keçiriləcək

  • SpaceTV
  • 28 Avqust 2019 15:13

Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları parka dəvət edib: “Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik” – deyə nazirlik insanlara səslənib.

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.

Paylaş

 Xəbəriniz olsun