Acarıstanda sərt məhdudiyyətlər tətbiq olunacaq

  • SpaceTV
  • 24 Sentyabr 2020 14:08

Sabahdan Acarıstanda epidemioloji vəziyyətin pisləşməsi səbəbindən məhudiyyətlər tətbiq olunacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bölgədə restoranların fəaliyyətinə saat 22:00-dək icazə veriləcək. 

Hökumət rəsmisi Acarıstanda bütün ictimai nəqliyyat növlərinin hərəkətinin tam dayandırılacağını deyib.

Qeyd edək ki, son sutkada Acarıstanda koronavirusa 164 yeni yoluxma halı qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun