Abşeronun bir hissəsində işıq olmayacaq

  • Space TV
  • 12 Fevral 2021 16:07

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Spacetv.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Belə ki, fevralın 12-13-də rayonun Mehidabad qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.

Məlumata görə, fasilə yenidənqurma işləri ilə əlaqədardır.

Paylaş

 Xəbəriniz olsun