Abşeronda sürüşmə zonası aktivləşib

  • SpaceTV
  • 21 Sentyabr 2020 14:39

Abşeron yarımadasında torpaq sürüşmələri yenidən aktivləşir. Space TV xəbər verir ki, artıq 3 ilə yaxındır, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində  sakinlər acınacaqlı vəziyyətdə yaşayır.

Ərazidəki torpaq sürüşmələrinə əsas səbəb kimi burada yerləşən palçıq vulkanı və qurunt sularıdır. Payız fəslinin gəlməsi, yağışların artması isə bu evlərin təhlükəsini daha da artırır.

Ev sahibi deyir ki, onlar burada məskunlaşan zaman heç bir problem olmayıb, sürüşmələr son 3 ildə başlayıb. Onlar bununla bağlı aidiyyatı qurumlara yazılı və şifahi şəkildə bildirsələr də, hələ də heç bir tədbir görülməyib .

Şikayətçimiz Muradın  evinin içində də problemlər  var.  Belə ki, evinin  1 otağının divarı sökülüb, digərləri isə  çatlayıb.

Bu ev 20 yanvar hadisələri zamanı əlil olmuş və  danışıq qabiliyyətini  itirmiş Nizami Vəliyevindir.

Məhəllənin  sakinləri bu ərazidə  20-dən çox evin belə yararsız vəziyyətdə  olduğunu  bildirdilər. 

Elvira Səfərli, Space TV

Paylaş

 Xəbəriniz olsun