Abşeronda partlayış: Yaralılar var

  • Space TV
  • 10 Dekabr 2019 10:19

Abşeron rayonunda partlayış baş verib.

SPACE TV xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

“İntertexnika” MMC-nin anbarında qaz sızmasından baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı oğlu, 2013-cüil təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun