Abşeronda manyak peyda olub -FOTO

  • SpaceTV
  • 30 Sentyabr 2019 16:45

Qorxsa da gecə küçəyə çıxmağa məcbur olan bu qadın  kimi manyakın peyda olduğu qəsəbədə  yüzlərlə insanın yolu bu  qaranlıq küçələrdən düşür. Artıq 1 aya yaxındır ki, qəsəbədə balacadan böyüyə hər kəs evdən bayıra çıxmağa ehtiyat edir

Abşeron  rayonu  Digah qəsəbəsində  manyak peyda olub. Gecə saatlarında evlərə girən naməlum şəxslər insanlara qorxu və vahimə içərsində saxlamaqla yanaşı evləri daşa basıb mənzillərin şüşələrini sındırırlar.

Həmin şəxslərin bir neçə nəfər olduğunu və əsasən gecə saat 11 dən sonra evlərə girdiyini Digah qəsəbə sakini Vəli Salmanzadə də təsdiqləyir. Zərərçəkmişin  evinə  soxulan həmin şəxs artıq tutulsa da ev sahibi manyakın arxasınca qaçarkən yıxılaraq ayağını sındırıb.

Digah  qəsəbə  ərazi  nümayəndəsi  Rövşən Rüstəmov deyir ki, artıq evlərə soxulan naməlum şəxslərdən 2- si polis tərəfindən şübhəli şəxs qismində  saxlanılıb.Onlardan birinin qəsəbənin “Yeni tikili” adlı massivində yaşayan 27 yaşlı Heydər Həşimov olduğumüəyyən edilib.

Bəs balacadan böyüyə hər kəsi vahimə içərisində saxlayan bu insanlar kimlərdir.Psixoloq Gülər Məmmədova deyir ki, cəmiyyətin manyak kimi tanıdığı insanlardan əslində demək olar ki, hər kəs ehtiyat edir və qorxur.Çünki manyak obrazı ilə canlanan insanlar heç kimə rəhm etməyən ,daxilində həyəcan, qorxu olmayan və psixi prosesləri sıfıra bərabər olan insan obrazıdır.Ancaq əslində manyak deyə tanıdığımız insanlar təfəkküründə şəxsiyyət pozuntusu olan və bu asbektdən törətdikləri hadisələrin fərqinə varmadan ,ağıla gəlməz hadisələri törətməyə qadir olanlardı manyaklar.

Psixolqun sözlərinə görə bəzən psixi pozuntusu olan insanlar da özlərini cəmiyyətə manyak kimi təqdim etmək üçün fərqli davranışlar etməklə hər kəsin diqqətini öz üzərlərinə çəkməyidə bacarırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı  Orxan Mansurzadə isə Hər Həftəyə  bildirdiki, Digah qəsəbəsində yaşanan hadisə və insanları qorxu içində saxlayan şəxslərdən hələki yalnız bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Hazırda qəsəbədə 1 aya yaxındır ki, səhər saatlarına kimi polis naryadları xidmət  aparır deyə Orxan Mansurzadə vurğuladı.

Rəşad Vəkiloğlu Space

Paylaş

 Xəbəriniz olsun