Abşeronda liftin 5 min manat dəyərində mühərriki oğurlandı

  • SpaceTV
  • 21 Sentyabr 2020 14:35

Abşeronda liftdə oğurluq hadisəsi baş verib.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki binalardan birinin liftinin 5 000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun