Abşeronda iki avtomobil toqquşdu, 10-a yaxın insan yaralandı

  • Space TV
  • 9 Sentyabr 2020 23:24

Şər vaxtı Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, qəza Saray qəsəbəsində qeydə alınıb. İki “Mercedes” markalı minik maşınlarının toqquşması, 10-a yaxın insanın xəsarət alması ilə nəticələnib.

Dərhal hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Hal şahidlərinin dediklərinə görə, Təcili Tibbi Yardım briqadası əraziyə gec gəldiyindən, yaralıları vətəndaşlar öz şəxsi avtomobilləri ilə xəstəxanalara çatdırıblar.

İlkin versiya kimi hadisəyə ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub. Vətəndaşların sözlərinə görə, yolda işıqlandırmanın olmaması analoji hadisələrin tez-tez baş verməsinə səbəb olur.

Hər halda, hadisənin təffərüatı aparılan araşdırmalardan sonra bəlli olacaq.

Paylaş

 Xəbəriniz olsun