Abşeronda dəhşət: avtomobil övladını məktəbə yola salan qadını vurub öldürdü

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:54

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.

SPACE TV-in məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, təxminən 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir – red) “Volkswagen” markalı, “99-NM-092” dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun