Abşeronda çoxmərtbəli yaşayış binasında yanğın olub, 13 nəfər təxliyə edilib

  • Space TV
  • 26 Avqust 2020 13:59

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Spacetv.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun