Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Spacetv.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Yolu keçən 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Mirzəşah qızını avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.