Abşeronda avtobusla minik avtomobili toqquşdu: Qəza nəticəsində yaralanmış şəxsin ayağı amputasiya olundu

  • Space TV
  • 11 Sentyabr 2020 22:17

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb. Zərərçəkmiş əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun