Abşeron sakinindən külli miqdarda narkotik maddə aşkarlanılıb

  • SpaceTV
  • 24 Sentyabr 2019 11:55

Abşeron rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanılıb.

Bu barədə “Space”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini A.Əliyev saxlanılıb.

A.Əliyevin üzərində axtarış zamanı ondan 302 qrama yaxın heroin və 242 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun