ABŞ vətəndaşlarının Çindən təxliyə imkanları məhduddur

  • SpaceTV
  • 27 Yanvar 2020 14:42

Çində koronavirus 2019-nCoV-nin yayılması ilə əlaqədar ABŞ hakimiyyət orqanlarının vətəndaşlarını Uxandan təxliyə etmək imkanları məhduddur.

TASS-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Agentlik vurğulayıb ki, təxliyədə virusa yoluxma risqi daha yüksək olanlara üstünlük veriləcək. ABŞ-ın Uxandakı Baş Konsulluğunun diplomatları yanvarın 28-də San-Fransiskoya uçacaq. Diplomatik nümayəndəliyin işçiləri ilə yanaşı, Dövlət Departamenti Çindən məhdud sayda həmvətənini təxliyə etməyə hazırdır. Çin hökuməti Birləşmiş Ştatların işçilərini təxliyə etməyə kömək etməyə hazır olduğunu açıqlayıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Gebreisus virusun yayılması ilə əlaqədar olaraq həmkarlarıyla birlikdə Pekinə uçduğunu demişdi. Onlar “hadisələrin inkişafını başa düşmək”, həmçinin infeksiya ilə daha da ciddi mübarizə üçün Çin ilə tərəfdaşlığı gücləndirmək niyyətindədirlər.

Xatırladaq ki, son məlumatlara görə Çində koronavirusundan ölənlərin sayı son bir gündə 1/3 qədər artaraq 80 nəfərə çatıb.

Dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma risqi ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərlərdə görülüb.

Paylaş

 Xəbəriniz olsun