ABŞ vətəndaşları saxta SMS-lə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”

  • Space TV
  • 9 Yanvar 2020 17:23

ABŞ vətəndaşları orduya təcili çağırıldıqları barədə SMS-lər almağa başlayıblar. İsmarıcları göndərənlər vətəndaşlardan İrana göndərilmələri üçün təcili şəkildə ən yaxın çağırış məntəqələrinə getmələrini tələb ediblər.

Bu barədə CNN xəbər yayıb.

Bununla əlaqədar olaraq ABŞ Ordusunun nümayəndəsi bəyanatla çıxış edərək, bu təxribatların saxta olduğuna dair bir açıqlama yayıb.

Qeyd edək ki, ABŞ-da orduya icbari çağrılma haqqında qanun layihəsi 1973-cü ildə Vyetnam müharibəsindən sonra ləğv edilib. Səfərbərlik qərarı ABŞ Konqresi tərəfindən qəbul edilməli və sonra prezident tərəfindən təsdiqlənməlidir.

Saxta çağırışlar ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda başlayıb.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Buna cavab olaraq Tehran yanvarın 8-nə keçən gecə İraqdakı ABŞ bazalarına raket zərbəsi endirib.

Paylaş

 Xəbəriniz olsun